XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

13 İyul 2017 - 20:05

Bakıda yaşayış binasında liftin qaldırıcı qurğusu qırıldı –1 nəfər yaralandı

Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 58 A ünvanında tikintisi başa çatmamış yaşayış binasında liftin şaxtasına quraşdırılmış qaldırıcı qurğu qırılıb və nəticədə 1 nəfər xəsarət alıb.

Strateq.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb:

"Qəza zamanı xəsarət almış şəxs vətəndaşlar tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

Məlumata görə, zərərçəkmiş şəxsin kimliyi hazırda dəqiqləşdirilir.