Bu ilin altı ayı ərzində Bakı şəhəri ərazisində 297 yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən Azərtac-a bildiriblər ki, hadisələr nəticəsində 84 nəfər ölüb, 264 nəfər yaralanıb. 2016-cı illə müqayisədə yol-nəqliyyat hadisələrinin və yaralananların sayı müvafiq olaraq 26 fakt (8 faiz) və 78 nəfər (22,8 faiz) azalıb. Ölənlərin sayında isə 11 nəfər (15,1 faiz) artım qeydə alınıb.