XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 İyul 2017 - 15:12

Polis və nazirlik əməkdaşları Ağdaş meşəliyində birgə reyd keçirdi –3 rəsmi şəxs cəzalandırıldı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Ağdaş rayon polis şöbəsinin əməkdaşları tərəfindən Ağdaş rayonunun meşə ərazisində birgə reyd keçirilib. 

Strateq.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, reyd zamanı Ağzıbir meşəbəyliyinin 3 saylı dolayında hündürlüyü 2 metr olan 260 ədəd çətənə kolu aşkar edilib və narkotik bitkilərin qanunsuz əkilib-becərilməsi ilə məşğul olan şəxs saxlanılıb.

"Belə ki, keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Ağzıbir kənd sakini Cabir Şahmuradov meşə ərazisində xüsusi aqrotexniki qayda ilə yetişdirdiyi çətənə kollarına qulluq edərkən iş başında yaxalanıb. Narkotik xassəli çətənə bitkiləri kökündən çıxarılaraq maddi sübut kimi götürülüb.

 Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır". 

Məlumata görə, meşələrin qorunub mühafizə olunmasını qeyri-qənaətbəxş təşkil etdiklərinə və işlərində nöqsanlara yol verildiklərinə görə Ağzıbir meşəbəyliyinin 3 saylı meşə dolayı gözətçisi Məsim Seyidov tutduğu vəzifədən azad edilib, meşəbəyi Nofəl Ələsgərov və meşə mühafizə mühəndisi Yasin İslamova isə töhmət verilib. 

Strateq.az