XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

18 İyul 2017 - 18:56

Ali Məhkəmə Akif Çovdarova “yox” dedi –Həbsdəki generalın şikayəti təmin olunmadı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) hazırda həbsdə olan idarə rəisi, generalı Akif Çovdarovun kassasiya şikayətinə baxılıb.

Məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl A. Çovdarov  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati iqtisad Məhkəməsinə müraciət edib. A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib. Məhkəmə bu iddia üzrə icraatı A. Çovdarov barəsində məhkəmə hökmü elan edilənə kimi dayandırıb. Bakı Apellyasiya Məhkəməsi isə qərarı qüvvəsində saxlayıb.

Qeyd edək ki, A. Çovdarov və digərlərinin cinayət işi üzrə hazırda Sabunçu rayon Məhkəməsində məhkəmə prosesi davam edir. 

APA