XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2017 - 10:23

Mingəçevir su anbarındaadam batıb

Mingəçevir su anbarında çimən şəxs batıb.

Trend xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində su anbarının ərazisində 1 nəfərin çimərkən batması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1981-ci il təvəllüdlü Bəhmənov Səxavət Şakir oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 08:00-da başa çatıb.