XƏBƏR LENTİ

22 Sentyabr 2020
21 Sentyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 12:20

Qadın sürücü qəza törətdi- ölən var

Goranboyda qadın sürücü qəza törədib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, iyulun 18-də saat 20:00 radələrində Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin ərazisində Naftalan şəhər sakini Ceyhunə Hüseynova idarə etdiyi "Hyundai" markalı avtomobili aşırıb.

Qəzada avtomobildə olan 2 sərnişin xəstəxanaya yerləşdirilib, onlardan Sahibə Hacıyeva xəstəxanada ölüb.

Goranboy RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.