XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

19 İyul 2017 - 20:12

Gəncə polisi zorakılıq törədənşəxsləri tutub

Bu gün sosial şəbəkələrdə və xəbər saytlarında bir nəfərə qarşı zorakılıq yolu ilə şəxsiyyətinin təhqir olunması və ondan pul tələb edilməsi barədə videosüjet yayımlanıb. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, həmin videosüjet hələ yayımlanmazdan əvvəl Gəncə ŞBPİ Nizami Rayon Polis İdarəsinin əməkdaşları vətəndaş B.Məmmədovun şikayəti əsasında ona qarşı şəxsiyyətinin alçaltmasına cəhd edərək zorakılıq törətməklə pul, mobil telefon, təqaüd kartı verməyi tələb edənlərin E.Yusifov və Z.Mustafayev olduğunu müəyyən edib və onlar tutulublar.

Faktla bağlı cinayət işi başlanıb.