Bərdədə ticarət mərkəzi yanıb.
Azərtac Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Bərdə şəhərində “Bərdə” ticarət mərkəzinin ərazisində vətəndaşlara məxsus bir-birinə bitişik tikilmiş ümumi sahəsi 612 kvadratmetr olan 12 mağazanın yanar konstruksiyaları ümumilikdə 600 kvadratmetr sahədə yanıb.
“Yanğın nəticəsində ölən və ya xəsarət alan olmayıb. Bitişik digər mağazalar yanğından mühafizə olunub. Yanğın saat 05:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb”, – deyə məlumatda bildirilir.