XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2017 - 20:08

Fuad Qəhrəmanlının şikayəti təmin olunmadı –Məhkəmə prosesi

Bakı Apellyasiya Məhkəməsində Taleh Bağırov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əmir Bayramovun sədrlik etdiyi iclasda qərar elan edilib. Qərara görə şikayət təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20 il, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı 10 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri 10 müddətinə azadlıqdan məhrum ediliblər.

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.

APA