XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

20 İyul 2017 - 22:38

Bərdə bazarında 12 mağaza yandı –Açıqlama + VİDEO

Bu gecə saat 3 radələrində Bərdənin mərkəzi bazarında güclü yanğın olub.

Ərzaq, geyim və elektron avadanlıqları satılan 12 mağaza yanıb.

Sahibkarlar hdaisədən səhər saatlarında xəbər tutublar. Yanğının elektrik naqillərindəki qısaqapanmadan baş verdiyi ehtimal olunur.

Sahibkar Zaur Hümbətov 210 min manatlıq malı yandığını bildirib: "Dünən axşam da faktura ilə gələn 21 minlik mallarım var. Toplamda 230 minlik malım məhv olub".

Sahibkar Malik Seyidəliyev də xeyli ziyana düşüb: "70 minə yaxın malım var maqazində. Nə var hamısı yanıb, bir dənə şey çıxası deyil. 10 ildə yığdığım maqazin bir gündə yandı".

Ətrafdakı mağazalarda quraşdırılan müşahidə kameralarının görüntüləri də götürülüb/ARB.