Prokuror Suriyada döyüşən şəxsə 17 il iş istədi – Məhkəmə

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada Bəşər Əsədə qarşı qanunsuz silahlı birləşmələrdə döyüşməkdə təqsirli bilinən Elşən Adilovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.
lent.az -ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, təqsirləndirilən şəxsin 17 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Qeyd edək ki, Elşən Adilov 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya Ərəb Respublikasının və İraq Respublikasının ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən İŞİD terrorçu təşkilatının fəaliyyətində iştirak edib.
Məhkəmə dekabrın 14-də davam edəcək.