XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 15:07

15 min manatlıq geyim və məişət əşyası oğurlayanqadınlar tutulub

Gəncədə oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Aynur Məmmədova və Sədaqət Quliyeva tutulublar.

Onlar iyulun 17-də rayon ərazisindəki evlərdən birindən 15000 manat dəyərində məişət və geyim əşyaları oğurlamaqda təqsirləndirilirlər.