XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2017 - 15:54

Bakıda 30 yaşlı qadın iki uşağı iləyoxa çıxıb

Bakıda ana və iki uşağı itkin düşüb.

Lent.az xəbər verir ki, Sabunçu rayon sakini, 1987-ci il təvəllüdlü Nərmin Həsənova iyulun 17-də 10 yaşlı qızı Firəngiz və 7 yaşlı oğlu İmranla birgə itkin düşüb. Polisə müraciət edən qadının yaxınları ana və övladlarının son olaraq Nəsimi rayonu Seyidzadə küçəsi 5 ünvanındakı mənzildə olduqlarını və oranı tərk edəndən sonra onlardan xəbər ala bilmədiklərini deyiblər.
 
Ana və övladlarının xarakterik əlamətləri və fotoları polisə təqdim edilib. Müraciət əsasında axtarış tədbirləri həyata keçirilir.