Şabran rayonunda baş verən yol qəzasında bir ailənin 6 üzvü ağır xəsarət alıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Gəndab-Yalama yolunun 1-ci kilometrliyində qeydə alınıb.
Belə ki, Bakı şəhərindən istirahətə gələn ailənin olduğu “Mercedes” markalı 10-UN-680 dövlət qeydiyyat nişanlı avtomobil qəzaya uğrayıb.
Qəza nəticəsində xəsarət alanların bəziləri Siyəzən, bəziləri isə Şabran xəstəxanasına yerləşdiriliblər.
Siyəzən xəstəxanasında olanlar:
1993-cü il təvəllüdlü Şirəliyeva Günel Ramiz qızı (vəziyyəti ağırdır)
1964-cü il təvəllüdlü Quliyev Ramiz Əli oğlu (vəziyyəti orta ağırdır)
1972-ci il təvəllüdlü Quliyeva Fatma Abbas qızı (vəziyyəti orta ağırdır)
Şabran xəstəxanasında olan yaralı:
2008-ci il təvəllüdlü Bakı şəhər sakini Quliyeva Mina Ramiz qızı (Sağ dirsəyin qapalı sınığı bədənin çox saylı sıyrıntıları)
Digər yaralıların adları hələ ki, məlum deyil