XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 10:35

Rusiya həbsxanalarında 2350 Azərbaycan vətəndaşı cəza çəkir –Hesabat

Rusiya həbsxanalarında 29 397 əcnəbi cəza çəkir.

APA-nın “russian.rt.com”-a istinadən verdiyi məlumata görə, bunlardan 90 faizi ağır və çox ağır cinayətlər törətmiş şəxslərdir.

Rusiya Cəzaların İcrası Federal Xidmətinin məlumatına görə, əcnəbi məhbuslar arasında 12 ABŞ və Avropa İttifaqı ölkələrinin 97 vətəndaşı var.

MDB ölkələri arasında ən çox əcnəbi məhbus Tacikistandandır – 8002 nəfər. İkinci yerdə Özbəkistan (6362), üçüncü yerdə Ukrayna (4761) gəlir.

Rusiya həbsxanalarında cəza çəkən Azərbaycan vətəndaşlarının sayı isə 2350 nəfərdir (MDB ölkələri arasında 4-cü).

Ümumilikdə isə Rusiya həbsxanalarında 618 490 nəfər cəza çəkir. Bunlardan 48 385-i qadın, 1594-ü azyaşlıdır.