XƏBƏR LENTİ

22 Sentyabr 2020

Digər Xəbərlər

25 İyul 2017 - 19:00

Canavar qadına hücum etdi, baş və bədən nahiyələrinə xəsarət yetirdi –Ağstafada

Ağstafada canavar qadına hücum edərək ona xəsarət yetirib.

Hadisə rayonun Korxəlfəli kəndində baş verib.

Gündüz saatlarında kənddə girən canavar həyətlərin birində qoyunu parçalamaq istəyib.

Bunu görən ev sahibəsi, 1968-ci il təvəllüdlü Alıyeva Aidə Abbas qızı canavarı qovmaq istəyib. Bu zaman canavar qadına hücum edərək onun baş və bədən nahiyələrinə xəsarət yetirib.

A. Alıyeva dərhal Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir.

APA