XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

25 İyul 2017 - 23:27

89 növ dərman vasitəsini birdən uddu –Mingəçevirdə intihara cəhd

Mingəçevirdə intihara cəhd hadisəsi baş verib.

Məlumata görə, 1981-ci il təvəllüdlü şəhər sakini Müzəffərov Arif Akif oğlu çoxlu dərman preparatını qarışdıraraq qəbul edib.

Hadisə adıçəkilən şəxsin yaşadığı M.F.Axundov küçəsi, ev 4, mənzil 3-də baş verib. Xəstəxanaya çatdırılan A.Müzəffərova tibbi yardım göstərilib və bundan sonra onun vəziyyəti tədricən sabitləşib.

Zərərçəkmiş intihara cəhd məqsədi ilə 89 növ dərman vasitəsi qəbul etdiyini bildirib.

“Sonuncu həbi içmək istəyən zaman doğmalarım gözümün önünə gəldi və onu kənara atdım”, – deyə xəstə qeyd edib.

Buna baxmayaraq A.Müzəffərov intihara cəhdin səbəbini açıqlamayıb.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır/Report.