XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 July 2017 - 10:49

“Rabitə işi” üzrə məhkəmə prosesitəxirə salındı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərə hökm oxunacağı gözlənilirdi.

Hakimlərin müşavirəsi davam etdiyi üçün bu gün məhkəmədə təqisrləndirilən şəxslərə hökm oxunmayıb.

Məhkəmə prosesi iyulun 27-ə təyin olunub.

Xatırladaq ki, ötən gün hakimlər kollegiyası məhkəmə iclasını bu günə təyin edərək müşavirəyə getmişdi.