XƏBƏR LENTİ

18 Sentyabr 2020

Digər Xəbərlər

27 İyul 2017 - 20:41

6 tələbənin ölümünə səbəb olan sürücünün məhkəməsində şahidlər ifadə verdi:"Qorxduğum üçün qaçdım"

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə şahidlər ifadə verib.

YPX əməkdaşı Eldar Məmmədov N.Hüseynovun idarə etdiyi “Qazel”in içində tələbələrin ayaq üstə dayandığını görmədiyini deyib: “Həmin gün isə ümumiyyətlə, o avtobusu görməmişəm”.

Qəza görüntülərində N.Hüseynovun ötməyə çalışdığı yaşıl rəngli “Ford”un sürücüsü Rauf Seyfullayev də ifadə verib. O deyib ki, qəzadan sonra qorxduğu üçün ərazidən qaçıb: “Hazırda sürücülük vəsiqəmə həbs qoyulub. Bu işə görə məhkəmə qərar çıxarıb. “Ford”u da satmışam. Mən heç bir avtoxuliqanlıq etməmişəm. Kamera görüntüləri də var ki, günahım yoxdur. Öz 90-lıq yolumla saatda 80 km-lə getmişəm. Sərnişinləri qanunsuz daşımışam. Heç bir dövlət qurumu ilə müqavilə bağlamamışdım”.

Məhkəmə istintaqının tamamlandığı elan edilib. Dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib.

Proses avqustun 1-də davam etdiriləcək.

Növbəti iclasda N.Hüseynova cəza istəniləcək/Qafqazinfo.