XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 10:20

Vəkil: “Loğman Abdullayev MTN-in adından istifadə etməkdə günahlandırılır”

MTN.jpg

“Hüquqlarını müdafiə etdiyim Loğman Abdullayevin Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edilməsi düzgün deyil”.

Bunu APA-ya açıqlamasında vəkil Bəxtiyar Hacıyev deyib.

O bildirib ki, L.Abdullayevin Milli Təhlükəsizlik Nazirliyi ilə bağlı başlanan cinayət işinə adiyyatı yoxdur: “İstintaq orqanı iddia edir ki, Loğman Abdullayev MTN-nin adından istifadə edərək dələduzluq edib. Loğman Abdullayev bu il iyulun 6-da Türkiyədən Azərbaycana gələrkən hava limanında saxlanılıb. O, heç vaxt həmin nazirlikdə çalışmayıb. Hazırda cinayət işi üzrə istintaq araşdırması aparılır”.

Qeyd edək ki, bəzi KİV-lərdə L.Abdullayevin MTN əməkdaşı olması, Akif çovdarovun göstərişlərini yerinə yetirməsi barədə məlumatlar yayılıb.