XƏBƏR LENTİ

29 Sentyabr 2020
28 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2015 - 13:23

Sabiq icra başçısı həbs olundu – Azərbaycanda!
 

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Qobustan rayonunun sabiq icra başçısı Alışov Rafiq Şıxməmməd oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

lent.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş ev dustaqlığı dəyişdirilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. R.Alışov məhkəmə zalında həbs edilib.
 
Məhkəmə baxışı dekabrın 18-ə təyin edilib. 
 
Qeyd edək ki, Rafiq Şıxməmməd oğlu Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda zərər vurmaqla özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə ilə dələduzluq cinayəti üzrə) ilə cinayət işi açılıb.