XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2017 - 13:01

DİN:"Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb"

Biləsuvarda azyaşlı baş nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iyulun 28-də Biləsuvar rayonunun Günəşli kəndində 7 yaşlı Bəxtiyar Gözəlov evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəş dayısı qızı 8 yaşlı Səbinə Qasımlının baş nahiyəsinə dəyib və nəticədə uşaq hadisə yerində ölüb.

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerindən “TOZ-16” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.