XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

29 İyul 2017 - 14:36

“Jalə” şirkətinə məxsus yük maşını aşıb- 20 min manatlıq qab qırılıb

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un məlumatına görə, Bakı-Astara magistralının Ələt qəsəbəsindən keçən hissəsində qeydə alınıb.  

Belə ki, Lənkəran rayon sakini Abbas Nurullayevin idarə etdiyi "Jalə" şirkətinə məxsus qoşqulu yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Sürücünün verdiyi məlumata görə, yük yerində ümumi dəyəri 20 min manat olan boş şüşə qablar sınaraq yararsız hala düşüb. 

Qəzaya avtomobilin təkərinin partlaması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır.