XƏBƏR LENTİ

25 Sentyabr 2020
24 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 11:22

6 günlük körpə öldürülərək quyuya atılıb –Lənkəranda dəhşətli hadisə

Lənkəranda  6 günlük körpə öldürülərək quyuya atılıb.

Hadisə  Darquba kəndində qeydə alınıb.

Altı günlük Mələk Şaiq qızı Nurullayeva 5 gün əvvəl səhər saatlarında oğurlanıb. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Bir neçə gündür oğurlanan körpənin cəsədi  bu gün  quyuda aşkar edilib.

Quyudan çıxarılan körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.

Qeyd edək ki, M.Nurullayeva ailənin ikinci qız övladı olub.

APA