XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 17:13

60 yaşlı kişi öz həyat yoldaşını baltaladı –Bərdədə

Bərdə rayonunda 60 yaşlı kişi öz həyat yoldaşını baltalayıb.

"Report" xəbər verir ki, hadisə Rayonun Heydər Əliyev prospektində baş verib.

Səhər saatlarında 60 yaşlı Bərdə rayon sakini Mahir Allahverdiyev həyat yoldaşı 57 yaşlı Allahverdiyeva Diləfruz İsmayıl qızına bir neçə dəfə balta ilə zərbə endirib. Qadın yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlər reanimasiyada olan qadının vəziyyətinin ağır olduğunu deyirlər.

Hadisəni törədən Mahir Allahverdiyevi polis saxlayıb. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.