XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

30 İyul 2017 - 19:44

Ərəb turist hesabı şişirdən restoran sahibini döydü –Bakıda ilginc hadisə

Bakıda xarici ölkə vətəndaşları arasında dava-dalaş olub.

Lent.az-ın məlumatına görə, İçərişəhərdə H.Z.Tağıyev küçəsində yerləşən və1971-ci il təvəllüdlü Pakistan vətəndaşı Malik Azhar Abbasa məxsus “Tac Mahal” restoranında Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Səid adlı şəxs hesabla bağlı narazılığını bildirib. Hesabın şişirdildiyini deyən turist xidmətçilərlə mübahisə edib və məsələni aydınlaşdırmaq üçün obyektin sahibi,  pakistanlı iş adamı masaya yaxınlaşıb. Bu zaman tərəflər arasındakı münaqişə daha da şiddətlənib və ərəb turist pakistanlı iş adamına hücum edərək ona zərbələr endirib.

Restoranın sahibi üzləşdiyi xuliqanlıq əməli ilə bağlı polisə müraciət edib. Onun xəsarətinin dərəcəsini müəyyən etmək üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, Malik Azhar Abbas 10 ildən çoxdur ki, Bakıda biznes fəaliyyəti ilə məşğul olur.