XƏBƏR LENTİ

28 Yanvar 2021
27 Yanvar 2021

Digər Xəbərlər

30 İyul 2017 - 23:08

Tanınmış həkimlə həyat yoldaşının əl-qolunu bağlayıb, evlərini soydular –Bakıda quldurluq

Görkəmli uroloq- alim, professor Kamal Abdullayev və həyat yoldaşı quldurluq hadisəsinə məruz qalıblar.

Teleqraf.com xəbər verir ki, hadisə iyulun 29-da axşam saatlarında, görkəmli alimin yaşadığı Binəqədi rayonunun Rəsulzadə qəsəbəsindəki evində baş verib.

Üç naməlum şəxs Kamal Abdullayevin evinə girərək onun və həyat yoldaşının əl-qollarını bağlayıb işgəncəyə məruz qoyublar.

Quldurlar evdən 5 min dollar pul və həkimin bahalı qol saatını aparıblar.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi açılıb.