XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 13:06

Sabiq prezidentin qızı MTX-nin təcridxanasında saxlanılır –VİP şəxslər üçün korpusda...

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ölkənin Milli Təhlükəsizlik Xidmətinin (MTX) təcridxanasında saxlanılır.

Bu barədə özbəkistanlı jurnalist öz “Facebook” yazıb.

Onun sözlərinə görə G.Kərimova təcridxananın 3-cü mərtəbəsində, VİP şəxslər üçün korpusda saxlanılır.

Qeyd edək ki, onun həbsi barədə iyulun 28-də ölkə Baş Prokurorluğunun Cinayətkarlıq və Korrupsiyaya qarşı Mübarizə idarəsi xəbər yaymışdı.

Məlumata görə, G.Kərimova dələduzluqda, gömrük qanunvericiliyini pozmaqda, xarici valyuta gizlətməkdə, sənəd saxtalaşdırmaqda ittiham olunur.

Qeyd edək ki, onun 5 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunub/Trend.