XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 16:13

Məhkəmədə atışma oldu, 4 nəfər öldürüldü –Moskvada

Moskva vilayət məhkəməsində atışma baş verib.

Atışma məhkəmədə cinayət qruplaşmasının işi gedərkən başlayıb.

Moskva vilayətində məhkəmə zamanı baş vermiş atışma zamanı cinayətkar qruplaşmanın 4 üzvü zərərsizləşdirilib.

Qeyd edək ki, daha əvvəl iki məhkəmə əməkdaşının yaralandığı barədə məlumat verilmişdi.

Son məlumata görə, təqsirləndirilən şəxslərdən biri onları müşayiət edən mühafizəçıdən silahı alaraq atəş açmağa başlayıb.

Vəkillərdən birinin sözlərinə görə, 20-ə yaxın atəş səsi eşidilib.

Hadisə ilə əlaqədar məhkəmə binası təxliyə edilib/Trend.