Abşeron rayonu, Saray qəsəbəsində kanalda avtomobil batıb.
Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobilinin su kanalına düşməsi nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun meyiti dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 05:02-də başa çatıb.