XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2017 - 14:07

Qubada meşədə itən azyaşlıqız tapılıb

İyulun 26-da Quba rayonunun Qəçrəş kəndi ərazisində azyaşlı qızın itkin düşməsi barədə Daxili İşlər Nazirliyinin (DİN) “102 Zəng Mərkəzi”nə müraciət daxil olub.

Nazirliyin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, məlumat aidiyyəti üzrə Quba Rayon Polis Şöbəsinə ötürülüb.

Rayon Polis Şöbəsinin rəhbərliyinin göstərişi ilə yaradılan əməliyyat qrupu dərhal hadisə yerinə yollanıb. Araşdırmalarla müəyyən edilib ki, 9 yaşlı Günel babası ilə birlikdə daxili turizm xətti ilə paytaxtdan Qəçrəşə gəzməyə gəlib. Baba nəvəsinin istirahətdə olarkən gördüyü mənzərədən çox xoşlandığını və meşədə gəzərkən azdığını bildirib.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları tərəfindən Günel 30 dəqiqədən də az müddətdə sağ-salamat tapılaraq ailə üzvlərinə təhvil verilib.