XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

02 Avqust 2017 - 20:27

Velosiped qəzaları6 ayda 7 can alıb

Bu ilin altı ayı ərzində Azərbaycanda 10 velosiped qəzası baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, baş vermiş velosiped qəzaları nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb.

K.Əliyevin sözlərinə görə, hadisənin 4-ü velosipedçinin təqsiri üzündən baş verib və nəticədə iki nəfər ölüb, iki nəfər yaralanıb. Digər hadisələr isə velosipedçinin avtomobil tərəfindən vurulması səbəbindən baş verib.

Polis polkovniki bildirib ki, velosiped sürənlər bəzən təhlükəsizlik qaydalarına əməl etmir, dəbilqə taxmır, yolun əks istiqamətində hərəkət edir, işıqlandırıcı vasitələrdən istifadə etmirlər:

""Yol hərəkəti haqqında" qanunun 38-ci maddəsində deyilir ki, mühərriksiz velosipedi idarə edən şəxs xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə hərəkət etməlidir. Velosiped sürən şəxs texniki baxımdan saz və lazımi təchizatlı velosipeddən istifadə etməli, velosipedi idarə etməyə mane olan yük və ya sərnişin daşımamalıdır. Velosiped nəqliyyat vasitəsi hesab edildiyindən onu sürənlərin də avtomobil yollarından istifadə etmək hüquqları var".