Lənkəranda ağır yol qəzası baş verib.
Hadisə Osaküçə kəndi ərazisində qeydə alınıb.
İdarəetməni itirən sürücünün avtomobili dərəyə yuvarlanıb. Nəticədə maşında olan 5 nəfər ağır xəsarət alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Yol qəzasında xəsarət alanların kimliyi də məlum olub. Onlar Masallı rayon sakinləri, 1984-cü il təvəllüdlü Vüsal Məmmədov, 1986-cı il təvəllüdlü Əlizamin Rızayev, 1983-cü il təvəllüdlü Elşad Məmmədov, 1988-ci il təvəllüdlü Fərrux Niftiyevdir. Daha bir nəfər adı hələ ki, açıqlanmayan şəxsin yüngül xəsarət aldığı bildirilir.
Yaralılardan ikisinin vəziyyəti ağır kimi qiymətləndirilir. Qəzaya düşən şəxslərin Masallı mühafizə polisinin əməkdaşları olduğu bildirilir.
APA