XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 11:21

Azərbaycanda yaşayış evinə maskalı basqın, 1 nəfər yaralandı

Masallı rayonunda yaşayış evinə basqın edilib. 

Strateq.az teleqraf.com-a istinadən xəbər verir ki, Xoşçobanlı kəndində yaşayan Atlas Həsənovanın evinə açıq qalmış qapıdan girmiş maskalı şəxs onu bıçaqla hədələyib, pul verməsini tələb edib. 

Həmin şəxs ev sahibinin qulağındakı sırğanı almağa cəhd göstərib, müqavimətlə rastlaşdığından Atlas Həsənovanın qol nahiyəsinə bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakini Sirac Həsənli tutularaq, saxlanılıb.