XƏBƏR LENTİ

15 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 16:59

FETÖ üzvləri məhkəmə qarşısına eyni geyimdə çıxarılacaq –Türkiyə mediası

Türkiyə Ədliyyə Nazirliyinin qərarına əsasən ölkədə məhkəmələri davam edən Fəthulla Gülən təşkilatının (FETÖ) üzvləri bundan sonra məhkəmə qarşısına eyni libasda çıxacaqlar.

Bu barədə Trend Türkiyə KİV-ə istinadən məlumat verir.

Məlumatda qeyd olunur ki, libasın forması hələ təsdiq edilməsə də, rənginin açıq-qəhvəyi olması ehtimal edilir.

Keçən ilin sonunda ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan da oxşar açıqlama ilə çıxış etmişdi.

Qeyd edək ki, 2016-cı il iyunun 15-dən 16-na keçən gecə Türkiyədə Fəthulla Gülənə (hazırda ABŞ-da yaşayan) bağlı bir qrup hərbçi dövlət çevrilişinə cəhd ediblər. Dövlət çevrilişi baş tutmasa da, həmin hadisələrdə 255 nəfər həlak olub, iki minə yaxın adam yaralanıb.