XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 17:22

Goranboyda avtomobil aşıb –Ana və qızı ağır xəsarətlər alıb

Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.

Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.

Goranboyda avtomobilin aşması nəticəsində xəsarət alan şəxslərin adları məlum olub.

Bunlar Şəmkir rayon sakini, onlar 1980-ci il təvəllüdlü Namazova Aygün Vidadi qızı və onun 10 yaşlı övladı Şahdağlı Sara Şahdağlıoruc qızıdır.

Xəstəxanadan onların vəziyyətinin orta-ağır olduğu bildirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. 

APA