XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 12:38

Azərbaycana gələn Ukrayna vətəndaşındanzərgərlik məmulatları müsadirə edilib

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna vətəndaşının əl yüklərinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən – 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.