XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 12:54

Masallıda avtomobil körpüdən aşıb,sürücü ölüb

Masallı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Xırmandalı kəndi ərazisində qeydə alınıb.

Belə ki, avqustun 4-də saat 23:00 radələrində Masallı rayon sakini Elmidar Mayılov idarə etdiyi “Seat İbiza” markalı avtomobili körpüdən aşırıb.

Nəticədə xəstəxanaya yerləşdirilən sürücü orada ölüb.

Masallı Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırma aparılır.