XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 18:54

Dünya çempionu qandallandı – Sadiq Kərimov hədə-qorxu ilə pul tələb etməkdə ittiham olunur

Peterburqda tanınmış samboçu Sadiq Kərimov hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinərək saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin Sankt-Peterburq üzrə idarəsinin məlumatında bildirilir.

İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

Məlumata əsasən, Sadiq Kərimov 2012-ci ildə Azərbaycan yığmasının heyətində döyüş sambosu üzrə dünya çempionu olub.