XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Avqust 2017 - 16:11

Fransada azərbaycanlı öldürüldü –Türkiyə vətəndaşları ilə davada...

Fransa vətəndaşı olan 44 yaşlı azərbaycanlı Strasburqda qətlə yetirilib.
 
APA-nın xəbərinə görə, Strasburqda Türkiyə vətəndaşları ilə aralarında yaranmış münaqişə zəminində Şirvan şəhərindən olan Fransa vətəndaşı, 1973-cü il təvəllüdlü Rəsulov Adil Əmirxan oğlu bıçaqlanaraq  qətlə yetirilib.
 
Hadisənin törədilməsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Hazırda A.Rəsulovun meyiti şəhər morqlarından birində saxlanılır. Meyit bazar ertəsi pataloq anatom tərəfindən müayinə olunduqdan sonra Azərbaycana yola salınacaq.
 
Faktla bağlı Fransanın hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.