XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

07 Avqust 2017 - 18:13

Sumqayıtda 35 yaşlı qadın öldürüldü –Prokurorluq araşdırma aparır

Bu gün Sumqayıt şəhərinin Sülh küçəsində, şəhər Təhsil Şöbəsinin binası yaxınlığında qadın meyiti tapılıb.

Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, meyitin üzərində zorakılıq əlamətləri aşkar edilib.

Hadisə yerinə dərhal Sumqayıt şəhər Prokurorluğunun əməkdaşlarından ibarət istintaq qrupu göndərilib. 

Araşdırmalar nəticəsində meyiti tapılan qadının 35 yaşlı Sevda Vidadi qızı Bayramova olması müəyyən edilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.