Avqustun 7-də Sumqayıt şəhəri 1-ci mikrorayon ərazisində şəhər sakini Sevda Bayramovanın meyiti tapılıb.
Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Sumqayıt şəhər Prokurorluğu və Şəhər Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qadının şəhər sakini Fəttah Nuriyev tərəfindən boğularaq öldürülməsi müəyyən edilib.
Görülən tədbirlər nəticəsində F.Nuriyev tutulub.
Faktla əlaqədar cinayət işi başlanılıb.