XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 12:47

Novxanıda ağır yol qəzası- Ölən və yaralananlar var

Abşeron rayonunun Novxanı qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 20 radələrində Abşeron rayonunun Novxanı qəsəbəsində qəsəbə sakini Mehman Seyidovun idarə etdiyi “VAZ-2106”, Bakı şəhər sakini Elçin Qasımovun və Qubadlı rayon sakini Nadir Həsənquliyevin idarə etdikləri 2 “Mercedes” markalı avtomobillər toqquşub.

Qəzada M.Seyidovun sərnişinlərindən azyaşlı qızları Gülçöhrə və Mehram hadisə yerində ölüb, özü və digər sərnişini, habelə N.Həsənquliyev və 2 sərnişini, E.Qasımovun isə 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Abşeron RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.