XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 13:01

Bakıda avtomobil velosipedçiləri vurdu- Ölən var

Qaradağ rayonunun Lökbatan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 8-də saat 22 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi “KİA” markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi “BMW” markalı avtomobillə toqquşub.

Qəzanın baş verməsi nəticəsində A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.