XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 19:00

Bakıda azyaşlıya təcavüz edən şəxs qandallandı –Prokurorluq

Bakıda azyaşlıya qarşı cinayət törətməkdə şübhəli bilinən şəxs həbs edilib.

Bu barədə Strateq.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhər sakini, azyaşlı Nigar Hüseynovaya (ad, soyad şərtidir) qarşı 1983-cü il təvəllüdlü Abbas Murad tərəfindən seksual xarakterli zorakılıq hərəkətləri edilməsi faktına görə avqustun 8-də Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmə) maddəsi ilə cinayət işi başlanıb:

"İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş, şahidlər dindirilmiş və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb. Həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində A.Murad şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Və barəsində Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə, rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir".