XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

09 Avqust 2017 - 22:15

Daşkəsəndə toy məclisində dava düşüb:xəsarət alanlar var

Daşkəsəndə toy məclisində dava düşüb. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Daşkəsən şəhərində yerləşən şadlıq saraylarının birində baş verib. 

Belə ki, toy mərasimi zamanı qonaqlar arasında müsiqi sifarişi ilə əlaqədar mübahisə yaranıb. Mübahisə əlbəyaxa dava ilə nəticələnib. 

Dava zamanı qonaqlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hələ ki adları açıqlanmayan yaralılardan birinin vəziyyətinin orta-ağır, digərlərinin isə vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.