XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2015 - 07:34

Bakıda qətl hadisəsi: dayı bacısı oğlunu öldürdü
 

Bakıda dayısı bacısı oğlunu qətlə yetirib.

 
Bakı şəhər prokurorunun köməkçisi Günel Əkbərlinin lent.az-a verdiyi məlumata görə, hadisə bu gün saat 01 radələrində Lökbatan qəsəbəsində baş verib. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Zaur Novruzov bıçaq xəsarətləri ilə xəstəxanaya aparılarkən, yolda ölüb.
 
Məlum olub ki, 21 yaşlı oğlanı dayısı Vahid Novruzov bıçaqlayıb. Hadisə ailə münaqişəsi zəminində baş verib. Belə ki, Z.Novruzovun anası qardaşı ilə dalaşırmış və araya girən gənc oğlan dayısının bıçaq zərbələrinə tuş gəlib. 
 
Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.