XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

12 Avqust 2017 - 15:25

Sərnişindən beşbarmaq tapılıb- Astana-Bakı aviareysində

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Astana-Bakı aviareysi ilə gələn sərnişindən beşbarmaq aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən (DGK) Trend-ə verilən məlumata görə, Astana-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən, onun baqajına rentgen aparatı vasitəsi ilə baxış keçirilib.

Monitorda beşbarmağın təsvirləri əks olunduğundan müvafiq qanunvericiliyə uyğun olaraq təkrar yoxlama aparılıb. Yoxlama zamanı sərnişinə məxsus çantanın içərisindəki şəxsi əşyaların arasından gömrük nəzarətinə təqdim olunmayan, qara rəngli metaldan hazırlanan 1 ədəd beşbarmaq aşkar olunub.