XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 01:10

80 yaşlı kişi yaşadığı evin ikinci mərtəbəsindən yıxıldı –Həkimlər həyata qaytara bilmədi

Bakıda 80 yaşlı kişi yaşadığı fərdi evin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Maştağa qəsəbəsində baş verib.

1937-ci il təvəllüdlü Abbasov Ağamirzə Hüseyn oğlu özünə məxsus fərdi evin ikinci mərtəbəsindən yıxılıb. Ağır xəsarətlər alan ahıl kişi 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Ağamirzə Abbasovun həyatını xilas etmək mümkün olmayıb və o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır/APA.