XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

15 Avqust 2017 - 13:29

Gürcüstan polisi azərbaycanlıların yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirib –Saxlanılan var

Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin Poniçala qəsəbəsində (azərbaycanlıların yaşadığı qəsəbə-red.) keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Gürcüstan DİN-nin məlumatına görə, əməliyyat-istintaq tədbirləri nəticəsində 1987-ci il təvəllüdlü E.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.

Təqsirləndirilən şəxsin mütəmadi olaraq narkotik vasitə satdığı müəyyən olunub. Onun evində axtarış nəticəsində 4 bağlama heroin müsadirə edilib. 

APA-nın yerli bürosunun məlumatına görə, əməliyyat zamanı narkotik cinayətkarlığı faktı ilə əlaqədar 1 nəfər saxlanılıb. Daha bir nəfər (qadın) polis bölməsinə aparılaraq dindirilib.

Qeyd edək ki, Poniçala qəsəbəsində avqustun 12-də keçirilmiş xüsusi əməliyyat nəticəsində Nazim və Mahir Cəfərov qardaşları narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunublar.

APA